İş Təsviri
LANDAU Education Group
Təsvir
Valideynlərlə gündəlik əlaqə qurmaq;
Yeni qeydiyyatlar və ödənişlərlə bağlı məlumatlandırmaq və yönləndirmək;
Daxil olan SMS və zəngləri cavablandırmaq;
Daxili sistemlərdə şagird məlumatlarının qeydiyyatı və onları izləmək;
Müştərilərdən gələn sorğuları vaxtında və işgüzar cavablandırılmaq;
Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icra etmək.
Tələblər
Ali təhsil(təhsil sahəsində olması üstünlükdür);
Azərbaycan və rus dillərində şifahi və yazılı ünsiyyət qurma bacarığı; İngilis dili biliyi üstünlükdür;
MS Office proqram təminatı paketi xüsusi ilə də MS Excel ilə sərbəst işləmək bacarığı;
Ünsiyyət qurmaq bacarığı;
Məsuliyyətlilik və dəqiqlik.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Könüllü tibbi sığorta;
Push30-da 75% dək endirim paketi;
İş rejimi: 08:00-17:00 (5 gün);
İş yeri: Bayıl (servis mövcuddur);
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
Korporativ təlimlərə qatılma imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.