iOS developer – Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsi

Müraciət sonu: İyun 28, 2025
İndi Müraciət Et

İş Təsviri

Xalq Bank

Təsvir

Swift istifadə edərək iOS tətbiqlərinin yazmaq və təkmilləşdirmək;
Yeni funksionallıqları müəyyənləşdirmək, dizayn etmək və təqdim etmək üçün müxtəlif komandalar ilə əməkdaşlıq etmək;
Tətbiqlərin performansını və keyfiyyətini təmin etmək;
Xətaları tapmaq və düzəltmək;
Kodun keyfiyyətini, strukturunu və avtomatlaşdırılmasını təmin etməyə dəstək olmaq;
Kodun nəzərdən keçirilməsində iştirak etmək və konstruktiv rəy bildirmək;
Bir çox xarici framework və kitabxanaları istifadə etmək;
Yeni alətlər, platformalar və texnologiyaları öyrənməyə açıq olmaq;
Layihə ilə əlaqəli xarici məsələləri araşdırmaq;
Fərqli komandalarla əlaqə qurmaq.
Tələblər

Ali təhsil;
3+ il sahə üzrə iş təcrübəsinə sahib olmaq;
OOP prinsipləri, SOLID, Clean Architecture haqqında biliklərə malik olmaq;
iOS dizayn prinsipləri haqqında anlayış və Apple tərəfindən təklif olunan iOS arxitekturası standartlarına uyğun işləyə bilmək;
Swift haqqında biliklərə malik olmaq;
iOS SDK, Auto Layout, Interface Builder və framework haqqında güclü anlayışa sahib olmaq;
RESTful API-ləri ilə təcrübə və xarici kitabxanaları inteqrasiya etmək bacarığı;
MVC, MVVM, VIPER və digər design pattern ilə tanış olmaq;
SwiftUI və UIKit ilə UI qurma bacarığı;
GCD (Grand Central Dispatch) və Operation Queues ilə Multithreading haqqında biliklərə sahib olmaq;
GIT ilə işləmək bacarığı;
Combine framework ilə iş təcrübəsi;
DI (Dependency Injection) prinsipləri və alətləri (Swinject, etc.) ilə iş təcrübəsi;
Analitik SDK-larının inteqrasiyası (Firebase, AppsFlyer, XtremePush) ilə iş təcrübəsi;
XCTest (unit testləri), UI testləri və Mocking ilə iş təcrübəsi;
Problemləri effektiv həll etmə və detallara diqqət etmək bacarığı;
Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarıqları;
İngilis və rus dilləri üzrə biliklər arzuolunandır.
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Təcrübə – 3-4 il
Təhsil – Bakalavr