İR üzrə mütəxəssis

Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

PJA restoranlar şəbəkəsi

İş barədə məlumat:

Əmək qanunvericiliyinə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbul və işdən azad etmək;
Əməkdaşları motivasiya və demotivasiya edən amilləri araşdırmaq və İR üzrə menecerə hesabat vermək;
Şirkət daxilində davamiyyətə nəzarət etmək və aylıq hesabatları hazırlamaq;
Kadr sənədləşməsinə mütəmadi nəzarət etmək, kargüzarlıq qaydalarına əsasən sənədlərin qeydiyyatını və saxlanılmasını təşkil etmək;
İşə qəbul olunan işçilərə hesab nömrəsi açılması üçün internet bank vasitəsi ilə sifariş etmək;
Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi və onların qeydiyyatının aparılması;
İşdən azad olunan işçinin son haqq-hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
Aylıq davamiyyət cədvəlini yoxlamaq və əmək məcəlləsinə uyğun şəkildə ayı sonlandırmaq;
İşçilərin bütün görüşləri və tədbirlərin koordinasiyası və icrası məsələlərində kömək etmək;
Əməkhaqqı və motivasiya sistemlərinin hazırlanmasında iştirak etmək;
İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
Namizədə tələblər:

Qida sektorundan anlayışlı;
Ali təhsil;
İR sahəsində minimum 3 il iş təcrübəsi;
Əmək qanunvericiliyini və kadr kargüzarlığını çox yaxşı bilməli;
Cəmlənmiş uçot vaxtı ilə minimum 1 il iş təcrübəsi;
ƏMAS və İSB portallarında olan son dəyişikliklərə hakim olmalı;
Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
Dil bilikləri: Azərbaycan, Rus dili səlis, İngilis dili arzuolunandı;
“MS Office” proqramlarınında sərbəst iş qabiliyyəti.
İş saatı:

İş qrafiki: Həftə içi 5 gün 10:00-19:00;
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.