İş Təsviri
Azprotein Foods Group
Namizədə Tələblər:
Yaş həddi: 25 – 45 yaş
Ət və ya yarımfabrikat istehsalı sahəsində azı 2 il iş təcrübəsi;
Növbə rəhbəri, ustabaşı və ya aparıcı operator kimi təcrübəyə üstünlük verilir;
İstehsalat texnologiyasını bilməli, formalaşdırma və qablaşdırma proseslərinə bələd olmalı;
Məsuliyyətli, nizam-intizamlı və kollektivlə işləmə bacarığı;
Gigiyena və təhlükəsizlik normalarını bilməli;
Fiziki dayanıqlı, axşam/gecə növbəsində işləməyə hazır.
Üstünlük verilir:
Qida sənayesi üzrə texniki təhsil;
1C və ya digər uçot sistemləri barədə anlayış;
Yeni işçiləri öyrətmək bacarığı.
Vəzifə öhdəlikləri:
İkinci növbə üzrə istehsal planının yerinə yetirilməsini təmin etmək;
Operatorlar və qablaşdırıcıların işini təşkil etmək, tapşırıqların bölgüsünü aparmaq;
Formalaşdırma, qablaşdırma, çəkidə nəzarət, sənədlərin düzgün aparılması;
Xammalın vaxtında çatdırılmasını və avadanlığın işlək vəziyyətini nəzarətdə saxlamaq;
İş sahəsində səliqə-sahmana nəzarət və sanitariya normalarının yerinə yetirilməsini təmin etmək;
İstehsalat sənədlərini doldurmaq və məlumatları növbəti növbəyə ötürmək;
Keyfiyyət şöbəsi, texniki şöbə və anbarla qarşılıqlı əlaqədə işləmək;
HACCP sisteminə uyğun işləmək (təlim müəssisə tərəfindən veriləcəkdir).
İstehsalat üçün lazım olan kotlet kütləsi və xammal əvvəlcədən hazırlanıb təqdim olunur.
Briqadir HACCP sisteminə uyğun işləyəcək və müəssisədə bu istiqamətdə təlim alacaqdır.
İş şəraiti
Əmək haqqı: 900 – 1000 manat (təcrübəyə əsasən təyin olunacaq).
İş qrafiki: 6 günlük.
Axşam növbəsi üçün nəzərdə tutulur, iş saat 16:00-da başlayır.
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.