İstehsalat anbardarı (Qusar)

İyul 8, 2025
Müraciət sonu: Avqust 7, 2025
İndi Müraciət Et

İş Təsviri

Amoris

Vəzifə öhdəlikləri

Meyvə soyuducu anbarının səliqəli, funksional və effektiv işləməsinin təmin olunması
Anbar daxilində yerləşdirilən meyvələrin düzgün qəbul olunması, saxlanması və dövriyyəsinin uçotunun aparılması
Anbar daxilində hərəkət edən məhsulların (çeşidlənmə, qablaşdırma, daşınma) izlənməsi və sənədləşdirilməsi
Çeşidləmə və qablaşdırma zamanı anbar dövriyyəsinin balanslı şəkildə təşkil edilməsi
Qablaşdırıcı işçilərlə koordinasiyalı işləyərək məhsulların düzgün şəkildə yönləndirilməsi
Qablaşdırma üçün tələb olunan materialların (qablar, etiketlər, streç, paletlər və s.) vaxtında təmin olunması və uçotunun aparılması
Tədarükçülərdən gələn meyvələrin qəbulu zamanı miqdar və keyfiyyət baxımından yoxlanması
Çeşidlənmiş və qablaşdırılmış məhsulların çıxış aktlarının hazırlanması və müvafiq şöbələrlə uzlaşdırılması
Anbar daxilində gündəlik və aylıq mal qalığının düzgün qeydiyyatı və hesabatının hazırlanması
1C və ya digər anbar proqram təminatlarında gündəlik əməliyyatların daxil edilməsi
Qalıq məhsullar, itkilər və silinmə halları ilə bağlı daxili hesabatların hazırlanması
Rəhbərliyə vaxtaşırı hesabatların təqdim olunması (qalığa, qəbula, çıxışa dair)
Anbarın təmizliyi, təhlükəsizlik qaydalarına əməl olunması və avadanlıqların düzgün istifadəsinə nəzarət
İşçilərin əməyinin təşkili və prosesdə yaranan problemlərin operativ həlli
Tərəzi, soyuducu, çeşidləmə aparatları və digər anbar avadanlıqlarının saz vəziyyətdə saxlanmasına nəzarət
Tələblər

Ali təhsil
Müvafiq sahə üzrə ən azı 5 il iş stajı
Yüksək səviyyədə MS Office proqramları, 1C
Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
İdarəetmə bacarığı
İş şəraiti

Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki: 6 günlük iş rejimi
Nahar şirkət tərəfindən təmin olunur
İş yeri Qusar, Ləgər Qışlaq
Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.