İş Təsviri
Bilfa Boyaları
İş barədə məlumat
– Şirkət: Bilfa Boyaları
– İş yeri: 28 May qəsəbəsi (Müşfiqabad), Bakı şəhəri
– Əmək haqqı: Müsahibə əsasında
– İş günləri: Həftə içi 6 gün 09:00-dan – 18:00-dək (şənbə qısa iş günü)
Əsas vəzifələr:
– Zavoda daxil olan xammalın qeydiyyatının aparılması və ehtiyat səviyyəsinin davamlı izlənilməsi;
– Xammalın və hazır məhsulun giriş-çıxışına nəzarət;
– İstehsalına qərar verilən məhsulların formullarının excel-dən çıxarılması
– Mövcud stok səviyyəsinə əsasən istehsalın optimallaşdırılması;
– LOGO proqram təminatında məlumatların düzgün işlənməsi.
Namizədə tələblər
– İstehsal və ya planlama sahəsində minimum iş təcrübəsi (boya sektoru üstünlükdür);
– LOGO proqramında işləmə bacarığı üstünlükdür
– Komanda ilə işləmə və ünsiyyət bacarığı;
– MS Office proqramlarını (xüsusilə Excel) bilmək.
– 28 May qəsəbəsi və yaxınlığında yaşayanlara üstünlük verilir.
CV-nizi və mövzu hissəsində “İstehsal Planlayıcısı” qeyd etməklə info@bilfa.az ünvanına və ya whatsapp nömrəsinə göndərməyinizi xahiş edirik.