İstehsalat Rəhbəri (Dəmir Sexi üzrə)

İyun 25, 2025
Müraciət sonu: İyul 24, 2025
İndi Müraciət Et

İş Təsviri

Qardaşlar Mebel QSC

Vəzifə öhdəlikləri:

Dəmir sexində istehsalat proseslərinin planlaşdırılması və effektiv idarə olunması
Usta və fəhlə heyətinə rəhbərlik etmək, iş bölgüsünü təşkil etmək
İşin keyfiyyətinə və təhlükəsizlik qaydalarına nəzarət
Günlük istehsal planlarının hazırlanması və icrasına nəzarət
Anbar və material istifadəsinin optimallaşdırılması
Müəssisədaxili texniki nizam-intizamın təmin olunması
Tələblər:

Texniki və ya mühəndislik sahəsində ali və ya orta ixtisas təhsili
Metal və ya dəmir sexi sahəsində minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi
İstehsalatın idarə olunması, texnoloji proseslər və əmək təhlükəsizliyi sahəsində biliklər
Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma
Liderlik və idarəçilik qabiliyyəti
İş şəraiti

Əmək haqqı: 1200 AZN (Başlanğıc olaraq)
İş qrafiki: 6 Günlük
Ünvan: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şos, 8F
CV-lərinizi “İstehsalat rəhbəri (dəmir sexi)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərməyiniz xahiş olunur.