İSTEHSALAT ÜZRƏ MÜHASİB

May 27, 2025
Müraciət sonu: İyun 22, 2025
İndi Müraciət Et

İş Təsviri

Abacus Audit &Consulting

İş barədə məlumat
Vəzifə və öhdəliklər:
– Məhsullar üzrə mal-materialın maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
– Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması;
– Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
– Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqlarının və Kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
– Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
– İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin etməli;
– Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
– Kadr sənədlərinin hazırlanması, EMAS-la işləməsi bacarığları və əmək müqavilələrin sistemə işlənməsi .
– Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
– Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.

Şərtlər:
– Tam iş günü, iş qrafiki I-VI günlər, həftədə 1 gün ,
– Əmək haqqı müsahibə əsasında razılaşdırılır. ( 800+)
– Namizədlərin faktiki ünvan üzrə qeydiyyatları Qaradağ rayon ətrafı , Lökbatan Xirdalan, Sahil qəsəbəsi və.s. olması üstünlük təşkil edəcək.

Namizədə tələblər
– İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil;
– İstehsal sahələrində 2 illik iş təcrübəsi olmalı;
– Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı;
– Müvafiq sahə üzrə sertifikatları olmalı;
– 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, , MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı;
– Mühasibat qaydaları, vergi qanunvericiliyi, Əmək qanunvericiliyi sahib olmalı;
– Azərbaycan və türk dillərində səlis danışa bilməli,

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazaraq zemfira.zeynalova@abacusaudit.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.