İş Təsviri
Kartaş LTD (Mr.Fix)
Sumqayıt və ona yaxın ərazilərdə qalan bəy namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
İstehsalat prosesində istifadə olunan xammal, material və hazır məhsulların uçotunu aparmaq;
İstehsal olunan məhsulların maya dəyərini hesablamaq və müvafiq sənədləri hazırlamaq;
Anbar qalığını izləmək və inventarizasiyaya dəstək vermək;
İstehsalatla bağlı maliyyə əməliyyatlarını mühasibat proqramında qeyd etmək;
Xərclərin uçotu və istehsal hesabatlarını hazırlamaq;
Gündəlik və aylıq maliyyə əməliyyatlarının icrası və sənədləşdirilməsi;
Mühasibat sənədlərinin düzgünlüyünü təmin etmək və arxivləşdirmək;
Baş mühasibin göstərişi əsasında digər mühasibat əməliyyatlarını yerinə yetirmək.
Tələblər:
Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır.
Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər;
Mühasibatlıq proqramları (1C, Mikro və s.) ilə işləmək bacarığı.
MS Office proqramları (xüsusilə Excel) ilə yaxşı işləmək bacarığı.
Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti;
Komanda ilə işləmə bacarığı və ünsiyyətqurma qabiliyyəti;
İş şəraiti
Yer: Sumqayıt Kimya Sənaye Parkı.
Qrafik: Həftədə 5 gün, 08:00–17:00.
Təminat: Nahar, sınaq müddətindən sonra tibbi sığorta.