İş Təsviri
Ayan MMC
Vəzifə öhdəlikləri:
İstehsalat məlumatlarınının sistemə daxil edilməsi
Sistem üzrə yeni məhsulun yaradılması və onun rotasının verilməsi
Reseptlərin hazırlanması və düzəlişlərin edilməsi
Hazır və xammal məhsullarının hərəkətinə nəzarət
Aylar üzrə və ay sonu lazımlı raportların hazırlanması və təhvil verilməsi
Yaranmış uyğunsuzluqların araşdırılması və aradan qaldırılması
Anbarlararası yerdəyişmə sənədlərinin sistemə daxil edilməsi
Anbar sayımında iştirak etmək
Anbar sayımı sonrası qalıqların analiz edilməsi və sayım fərqlərinin araşdırılması
Mal-material, İstehsalatla bağlı əməliyyatların proqram təminatında icrasına nəzarət, onların mühasibat standartlarına uygun uçotunun həyata keçirilməsini təmin etmək
Mal və material sənədlərinin yoxlanışını təmin etmək
Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanmasını təmin etmək, mühasibat sənədlərinin saxlanılma qaydalarına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək.
İstehsal olunmuş məhsulların maya dəyərində,sair xərclərdə baş vermiş dəyişikləri araşdırmaq,nəticələrə təsir edən faktorlarla bağlı yekun maliyyə analizini təqdim etmək
Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
Müvafiq sahə üzrə təcrübə: 1 il minimum
Bəy namizəd
22 – 35 yaş
Logo Tiger Enterprise proqramını bilməsi üstünlükdür
MS Office (Word, Excel) yüksək səviyyədə bilməli
Dəqiq, məsuliyyətli və diqqətcil
Analitik təhlil etmə qabiliyyəti, ünsiyyət və təqdim etmə, problemləri həll etmək bacarıqlarına malik olmalı
Verilmiş tapşırıqları vaxtında icra etməli
Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
İş qrafiki: 5 gün, 08:00 – 17:00
Əmək haqqı 650 AZN
Nahar şirkət hesabına