İstifadəçi Tədqiqatçısı

Müraciət sonu: Avqust 1, 2025
İndi Müraciət Et

İş Təsviri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Təsvir

Dərin müsahibələr, sorğular, A/B testlər və digər (keyfiyyət və kəmiyyət) metodlar üzrə araşdırma planlaşdırmaq və həyata keçirmək;
Araşdırma ssenarilərini və metodologiyasını müstəqil şəkildə hazırlamaq;
Genişmiqyaslı tədqiqatlar (diary study, field research, accessibility audit) planlayıb icra etmək;
Araşdırma nəticələrini və analitikanı fərqli formatlarda (infografik, yazılı, təqdimat) təqdim etmək;
CJM, empatiya xəritələri, JTBD əsaslı analizlər və persona modellərinin hazırlanması;
UX/UI, Marketinq, CX, PO, Biznes Analitikləri ilə sıx əməkdaşlıq etmək;
Toplanan datanı analiz edərək nəticə çıxarmaq və hipotezalar qurmaq;
Tədqiqatların nəticələrini məhsul komandalarına ötürmək və tətbiqinə nəzarət etmək.
Tələblər

İstifadəçi təcrübəsi (UX) və tədqiqatlar sahəsində minimum 3 illik təcrübə;
Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasının bütün mərhələlərində, ilk addımdan istifadəyə verilməsinə qədər təcrübə;
İstifadəçi testlərinin (Usability Testing) keçirilməsi və istifadəçi davranışlarını araşdırmaq sahəsində geniş biliklər;
UX tədqiqat metodlarının geniş spektrinə bələdlik;
Təqdimat və prezenatasiya bacarığı;
Analitik və struktur düşüncə;
Tableau, Dovetail, Optimal Workshop və bənzər alətlərlə təcrübə;
JTBD yanaşmasının tətbiqi və fasilitasiya bacarığı;
Tədqiqatları data əsaslı (Data-driven) qərar verərək hazırlamaq bacarığı;
Agile metodologiyası ilə bağlı bilik və təcrübəyə malik olmaq;
Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq;
Minimal olaraq “Intermediate” səviyyəsində İngilis dili.
Vakansiya haqqında

Vakansiya növü Tam ştat
Təcrübə 3-4 il
Vəzifə dərəcəsi Mütəxəssis
Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.