İT Biznes Analitik

Müraciət sonu: İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Funksiyalar:

İT layihələrində maraqlı tərəflərlə (stakeholder) görüşlər keçirmək və “DoR” (başlanğıc üçün tələblər) müəyyənləşdirmək
İT layihələrinin tələblərini toplamaq, texniki tapşırıqlar hazırlamaq və texniki komandaya ötürmək
Mövcud biznes proseslərini və rəqəmsal məhsulları təhlil edərək onların optimallaşdırılması və avtomatlaşdırılması üçün həllər təklif etmək
Rəqəmsal transformasiya və avtomatlaşdırma təşəbbüslərində iştirak etmək
Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərdə məlumatların düzgün əks etdirilməsi və proseslərin mapping-ı (flow chart-ların hazırlanması)
Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək
Sistem dizaynı tələblərini müəyyənləşdirmək və dizayn proseslərində iştirak etmək
Yeni başlayan əməkdaşlara (təcrübəçilərə) mentorluq etmək
Tələblər:

G2B (Government to Business), G2C (Government to Citizen) biznes modelində təcrübə arzu olunandır
Minimum 2 il İT BA sahəsində iş təcrübəsi
Yüksək səviyyədə analitik düşüncə və problem həll etmə bacarığı
Nəticəyönümlü, inkişafa meyilli
Dəyişikliklərə uyğunlaşma qabiliyyəti
Minimum “Intermediate” səviyyəsində İngilis dili
Güclü yazılı və şifahi ünsiyyət bacarığı
Figma, Jira, Confluence kimi alətlərlə təcrübə
Sistem dizaynı biliklərinin olması vacibdir
Verilənlər bazası texnologiyaları ilə yüksək səviyyədə işləmə bacarığı
BPMN, UML kimi modelləşdirmə dilləri üzrə yüksək səviyyədə bilik
Postman və/və ya Swagger kimi alətlərlə işləmə bacarığı
BRD, FRD, SRS sənədlərini tərtib etmək bacarığı
Dataları sorğulayaraq, onları analiz edib, mövcud proseslərdə dəyişiklik tələblərinin çıxarılması
Agile/Scrum və ya Waterfall metodologiyalarına dair biliklər üstünlükdür
İxtisas üzrə beynəlxalq sertifikatlar üstünlük təşkil edir
Vakansiya haqqında:

Vakansiya növü Tam ştat
Təcrübə 1-2 il