İş Təsviri
Xalq Sığorta
Namizədə dair tələblər:
Ali təhsil (idarəetmə, iqtisadiyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik və s. əlaqəli ixtisaslar üzrə);
İT layihə idarəçiliyi sahəsində minimum 1 il iş təcrübəsi;
Layihə idarəetmə metodologiyaları (Agile, Scrum, Waterfall) barədə biliklər;
Analitik düşüncə və problemlərin həlli bacarığı;
Layihə planlaması, büdcə və resursların idarə edilməsi bacarığı;
Prioritetləri düzgün təyin etmə bacarığı;
PMP, Scrum Master və ya digər layihə idarəetmə sertifikatların olması üstünlükdür;
Komandada işləmək bacarığı və məsuliyyətlilik;
Vəzifə öhdəlikləri:
Layihənin məqsədlərini və icra strategiyasını müəyyən etmək;
Tapşırıqların icrasına nəzarət edərək komandanı koordinasiya etmək;
Layihənin gedişatını izləyərək riskləri idarə etmək;
Maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq və hesabatlar hazırlamaq;
İT layihələrin planlaşdırılması, idarə edilməsi və koordinasiyasını həyata keçirmək;
Layihə resurslarını və büdcəni səmərəli idarə etmək.
İT layihələrin idarə edilməsi üzrə yeni yanaşmaların, o cümlədən layihələrin idarə edilməsi sisteminin tətbiq edilməsini təşkil etmək;
Layihə nəticələrinin keyfiyyətini və etibarlılığını təmin etmək üçün test strategiyalarının hazırlanmasında iştirak edir;
Layihələr üzrə dəyişiklik tələbləri, eləcə də risklərin idarə edilməsini həyata keçirmək.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri
İmtiyazlar: Könüllü tibbi sığorta
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır