İş Təsviri
METAK
İşin təsviri
Xarici bazarı araşdırmaq, müştəri seqmentlərini müəyyənləşdirmək və analiz etmək;
Xarici partnyorlar, müştərilər və distribyutorlarla əlaqələr qurmaq və davamlı ünsiyyətdə olmaq;
İxrac üçün tələb olunan bütün sənədləri hazırlamaq və nəzarətdə saxlamaq (faktura, qablaşdırma siyahısı, mənşə sertifikatı, müqavilə şərtləri və s.);
Beynəlxalq ticarət qaydalarına, Incoterms-ə və gömrük tələblərinə uyğunluğun təmin edilməsi;
Logistika proseslərini (çatdırılma, gömrük rəsmiləşdirməsi və s.) izləmək və əlaqələndirmək;
Şirkətin daxili şöbələri ilə (istehsalat, logistika, maliyyə, hüquq) sıx əməkdaşlıq etmək;
Xarici satış prosesində maliyyə, hüquqi, logistik və bazar risklərini vaxtında müəyyənləşdirmək və uyğun qabaqlayıcı tədbirlər görmək;
Xarici müştərilərlə qiymət siyasəti və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
Bazar və müştəri rəyini toplayaraq təklif və məhsulların təkmilləşdirilməsinə dəstək vermək;
Şirkəti beynəlxalq sərgilər və tədbirlərdə təmsil etmək;
İxrac göstəriciləri və bazar tendensiyaları ilə bağlı mütəmadi hesabatlar hazırlamaq.
Tələblər
Ali təhsil (Beynəlxalq Ticarət, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
İxrac və ya beynəlxalq satış sahəsində minimum 3-5 il iş təcrübəsi;
Beynəlxalq ticarət qanunvericiliyi, Incoterms və gömrük prosedurları haqqında biliklər;
Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
Güclü ünsiyyət, danışıqlar aparma və planlaşdırma bacarıqları;
MS Office proqramlarında və ERP sistemlərində işləmək bacarığı;
Analitik düşüncə, diqqətlilik və nəticəyə fokuslanma;
Müasir bazar araşdırma metodlarını və məlumat mənbələrini istifadə edərək bazar təhlili aparmaq bacarığı;
Zərurət olduqda beynəlxalq səfərlərdə iştirak etmə imkanı;
Səliqəli və peşəkar xarici görünüş, şirkəti layiqincə təmsil etmə bacarığı.
İş şərtləri
5 günlük iş həftəsi;
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.