İxtisaslı tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə Məsləhətçi

Müraciət sonu: İyul 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

İş yeri:

Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towers” Biznes Mərkəzi
Əmək haqqı:

Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:

Ali tibbi təhsil
Sahə üzrə minimum 1 il iş təcrübəsi
Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə
Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı
Bacarıqlara dair tələblər:

Komandada işləmə bacarığı
Məsuliyyətlilik
İntizamlılıq
Dəqiqlik
Nəticəyönümlülük
İşin təsviri:

Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılması;
Konseptual sənədlərinin hazırlanması və kargüzarlıq işlərinin təşkil edilməsi;
Şöbənin fəaliyyət istiqamətləri üzrə zəruri hesabatların hazırlanmasında iştirak edilməsi;
TƏBİB-in struktur bölmələri və tabeli tibb müəssisələrindən məlumatların alınması üçün sorğuların göndərilməsi;
Sahə üzrə təkmilləşdirilmə təkliflərinin hazırlanması.
Əlavə qeydlər:

İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

CV Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi – Məsləhətçi” qeyd olunmalıdır;
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.