İş Təsviri
Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ
İş barədə məlumat
– Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə, Nizamnamə, Təlimatlara və Mərkəzin Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
– İşçilərin məlumatlar bazasının doldurulması.
– Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi.
– Məzuniyyət əmrlərinin hesablanması
– Həftəlik və aylıq hesabatların hazırlanması.
– Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət.
– Vakansiyaya uyğun namizədlərin seçilməsi.
– Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
– İşçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək.
– Mərkəz daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək.
– Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.
– İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
– Mərkəz tərəfindən istifadə olunan proqramda işci bazasının işlənməsi.
– Həftə içi 5 iş günü.
Namizədə tələblər
– Ali təhsilli
– Müvafiq sahədə 3+ il təcrübə
– Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər,
– Elektron Hökumət Portalı ilə işləmək bacarıqları
– Ofis proqramlarını mükəmməl bilməli
– Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə bacarıqları.
– İngilis və Rus dili arzu olunandır.