İş Təsviri
Qartal Tikinti Firması
Kadrlar üzrə mütəxəssis / Ofis meneceri
Tələblər:
Ali təhsilli olmalı;
Minimum 1 il ofis meneceri vəzifəsində iş təcrübəsi olmalı;
Ofis proqramlarını (Word, Excel, Outlook) mükəmməl bilməli;
İngilis dili bilməsinə üstünlük verilir;
İnsanlarla xoş ünsiyyət yarada bilmək qabiliyyəti, kollektiv üzvləri ilə yaxşı münasibət qura bilmək qabiliyyəti olan xanım namizəd tələb olunur;
İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
Əmək qanunvericiliyini bilməli və əmək müqavilələrini ƏMAS sistemində yerləşdirməyi bacarmalıdır;
23-30 yaş həddində xanım olmalı;
Sumqayıt şəhərində yaşaması mütləqdir. Digər şəhərlərdə yaşayanlar müraciət etməsinlər.
İş haqqında məlumat:
Daxil olan zənglərin cavablandırılması və yönləndirilməsi;
Sənədlərinin dövriyyəsinin təmin edilməsi;
Sənədlərin təyinatı üzrə arxivdə yerləşdirilməsi və cavabdehlərə göndərilməsi;
İşçilərin tabelinin gündəlik,həftəlik və aylıq aparılması;
Ezamiyyət üçün əmrlərin hazırlanması;
Firma əməkdaşlarının korporativ nömrələrinin balans əməliyyatlarının həyata keçirilməsi;
Direktorun dəvət olunduğu tədbirlərin öncədən yazılıb poçta yerləşdirilməsi;
Nəzarətdə olan tapşırıqları hər günün sonunda direktora göndərilməsi;
Əmək müqavilələrinin və xidmət müqavilələrinin hazırlanması və xitam verilməsi;
Əmək müqavilələrinin ƏMAS sistemində yerləşdirilməsi;
Məktubların, emaillərin yazılması və göndərilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
İşçi üçün yaradılan şəraiti:
İlkin əmək haqqı: 800 AZN ( Vergilər çıxıldıqdan sonra )
İş saatı 09:00-18:00; Nahar fasiləsi 13:00-14:00-a qədərdir.
Nahar firma hesabına verilir;
İstirahət günü – Şənbə və Bazar günləri;
İş yeri Sumqayıt şəhərində firmanın baş ofisindədir. Ofis Sumqayıt şəhəri Koroğlu pr. 278 ünvanında, 48-ci məhəllədə yerləşir.