İş Təsviri
SMM mütəxəssisi
Vəzifə öhdəlikləri
Şirkətin sosial media hesablarının (instaqram,fb,linkedin) idarə edilməsi;
Sosial Media reklam strategiyalarının hazırlanması,aylıq post planının hazırlanması, mövzuya uyğun kontentlərin hazırlanması və yerləşdirilməsi və icrası;
Hazırlanan postların qrafikə uyğun düzgün şəkildə paylaşılması;
Satış məqsədləri üçün pr və reklam mətnlərinin hazırlanması;
Reklam kampaniyalarının yaradılması, idarə edilməsi və effektivliyinin ölçülməsi;
Bazar araşdırması, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın və trendlərin müəyyənləşdirilməsi;
Səhifəyə gələn sorğuların aidiyatı şəxsə yönləndirilməsi;
Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin təmin edilməsi;
Xüsusi, əlamətdar günlərlə bağlı paylaşımların hazırlanması;
Məmnun müştərilərlə bağlı, mütəmadi olaraq post hazırlanması və səhifədə paylaşılması. Məmnun müştərilərlə əlaqə saxlanılmasıı;
Yeniliklərlə bağlı paylaşımla bərabər, müştərilərə mail, push notification göndərilməsini, xəbərin paylaşılmasının təmin edilməsi;
Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi;
Tələblər:
22 -yaş dan yuxarı şəxslər;
Təhsil- Ali
Azərbaycan (ana dilini) qramatik səviyyədə mükəmməl yazı və danışıq bacarıqları
Ingilis dili (Intermediate)
İş şəraiti
Əmək haqqı – Plan və nəticələrə əsasən.
İş qrafiki – 09:30 – 18:00 (5 günlük)