Kateqoriya meneceri

Müraciət sonu: İyul 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Baku Digital MMC

İş şəraiti:

Ərazi: Baş ofis
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Xüsusi tələblər:

Yaş: 25-35 yaş
Ali təhsil.
1C üzrə biliklər.
Analitik düşünmə və idarəetmə qabiliyyətli olmalı.
Ofis proqramları, MS Word proqramları ilə işləmək bacarığı.
Vəzifə təlimatı:

Məhsul portfelinin təhlili üçün tələb olunan hesabat sisteminin qurulması;
Yeni məhsul konseptlərinin hazırlanması;
Məhsulların müştəri ehtiyaclarına görə seçilməsi üzrə təkliflərin hazırlanması;
Satışı artırmaq üzrə müvafiq təkliflərin verilməsi;
Məhsulun kommersiyalaşdırma prosesi üçün birgə marketinq planlarının hazırlanması;
Məhsul portfelini idarə etmək üçün rüblük bazar payı və bazarın artım payı analizləri üzrə göstəricilərin əldə edilməsi;
Satış proqnozları əsasında aylıq və rüblük alış planlarının hazırlanması.
Satış-satınalma balansının qorunması məqsədilə stokların idarə olunması və tükənmə risklərinin azaldılması.
Yavaş hərəkət edən və artıq stokların idarə edilməsi üzrə tədbirlərin görülməsi
Rəqib məhsulların satışları ilə şirkət satışlarının müqayisəsi;
Məhsul seqmentlərinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi;
Yeni məhsul konseptlərinin hazırlanması prosesində iştirak etmək.