İş Təsviri
Avromak MMC
İşçiyə qoyulan tələblər:
Ali təhsil ( Standartlaşdırma, Qida sənayesi üzrə üstünlükdür)
Müvafiq sahə (İstehsalat) üzrə 1-2 il iş təcrübəsi keyfiyyət mütəxəssisi olaraq iş təcrübəsi:
Qida təhlükəsizliyinə dair qanunvericiliyin tələblərini bilməli, Əməyin mühafizəsi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
Vəzifə öhdəlikləri:
Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması:
Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması:
Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət etmək;
Hazır məhsul saxlama, satış və qaytarma anbarlarında mütəmadi keyfiyyət nəzarət yoxlamalarının həyata keçirilməsi;
İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanmasını və sahədə qeydiyyatların zamanında icrasını təmin etmək
İstehsal intizamının möhkəmləndirilməsi:
Müəssisəyə daxil olan ehtiyatların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması:
Məhsullar üçün keyfiyyət vəsiqələrini hazırlamaq və lazımi hallarda müştəriyə təqdim etmək
İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanmasını və sahədə qeydiyyatların zamanında icrasını təmin etmək
Hazır məhsul saxlama, satış və qaytarma anbarlarında mütəmadi keyfiyyət nəzarət yoxlamalarının həyata keçirilməsi;
İş şərtləri:
Əmək haqqı – 1000-1300 AZN (müsahibə əsasında əmək haqqı razılaşması mümkündür)
İş qrafiki: 5 günlük
Korporativ nömrə
Nahar şirkət tərəfindən qarşılanır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.