İş Təsviri
PASHA Bank
Təsvir
Şirkətin və ya təşkilatın kibertəhlükəsizlik risklərini müəyyən etmək, təhlil etmək və idarə etmək;
Məntiqi və funksional arxitekturanın yenilənmiş qalmasını və biznes tələbləri və bankın siyasəti ilə uyğunluğunu təmin etmək;
Yüksək prioritetli təhlükəsizlik insidentlərin cavablandırılmasında iştirak etmək və arxitekturada tələb olunan dəyişiklikləri tövsiyə etmək;
Ehtiyac olduğu təqdirdə işçiləri yeni prosedurlarla əlaqəli məlumatlandırmaq və onları yetişdirmək;
Tabeçilikdə olan işçilərin idarə edilməsini təmin etmək;
İşçinin fəaliyyətinin izlənilməsini təmin etmək üçün komanda üçün ƏFG-ləri yaratmaq, nəzarət etmək və təkmilləşdirmək;
“Kiber Təhdidlərin Təhlili və Tətbiq Təhlükəsizliyi” komandalarının problemlərinin lazımi qaydada həll edilməsi və eskalasiya edilməsini təmin etmək;
İş yükünə nəzarət etmək və idarə etmək, və planlaşdırılmış dəyişikliklərə prioritet qoymaq;
Kiber hücumların, zərərli proqramların və digər təhlükə vektorlarının araşdırılması və onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
Proqram təminatının təhlükəsizliyini təmin etmək üçün kod analizi, penetrasiya testləri və zəifliklərin idarə edilməsi mexanizmlərini tətbiq etmək;
Təhlükəsizlik insidentlərinin aşkarlanması, araşdırılması və insidentlərə cavab strategiyalarının hazırlanmasına rəhbərlik etmək;
Mütəmadi təhdidlərə cavab və müdaxilə testlərini təşkil etmək;
Problemi həll etmək, əsas səbəbləri analiz etmək və yüksək təsirli insidentlər üçün hesabat hazırlamaq;
Mütəmadi olaraq və tələb əsasında hesabat vermək;
Bankın kritik məlumat aktivlərinə yönəlmiş mövcud və mümkün ola biləcək kiber təhdidləri analiz etmək;
Şöbənin məsələlərinin lazımi qaydada həll edilməsi və eskalasiyasını təmin etmək;
Ən yaxşı xidmətin verilməsi və davamlı təkmilləşməni təmin etmək üçün digər işçilərlə çalışmaq;
Vendor və xidmət təchizatçıları ilə işləmək.
Tələb olunan bilik, bacarıq və təcrübə:
Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
Tələb olunan iş təcrübəsi: Kibertəhlükəsizlik üzrə minimum 5 il iş təcrübəsi;
Lisenziya / Sertifikat: CISSP/CISM/CISA və ya digər texniki sertifikatlar;
Xarici dillər: İngilis(əla),Rus dili(orta);
DevSecOps, DFIR, Threat Intelligence və Threat Hunting texnologiyaları, sorğu, hesabat, monitorinq üzrə yaxşı texniki biliklərin olması;
Müdaxilə testləri üzrə yaxşı biliklərin olması;
Zərəvericilik əleyhinə və digər kibertəhlükəsizlik vasitələri haqqında bilik;
Ən çox tanınan kibertəhlükəsizlik çərçivələri ilə tanış olmaq;
Sistem inzibatçılığı, Aralıq proqram təminatı və tətbiqlərin inzibatçılığı ilə iş təcrübəsi;
Şəbəkə və şəbəkə təhlükəsizliyi vasitələrinin idarəedilməsi üzrə təcrübə;
Məlumat təhlükəsizliyinin risk qiymətləndirilməsini aparmaq bacarığı;
Başqa tələblər:
Proses və qaydalara uyğunluq;
Güclü analitik və əsas səbəbin analizinin aparılması bacarıqları;
Təzyiq altında işləmək;
Multi-tasking mühit;
Texniki və professional səviyyədə müştəri və işçilərlə qarşılıqlı əlaqə yaratmaq bacarığı;
Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı;
Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları;
Strategiya hazırlamaq və aparmaq bacarığı.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.