Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə mütəxəssis

İyun 23, 2025
Müraciət sonu: İyul 22, 2025
İndi Müraciət Et

İş Təsviri

PASHA Bank

Təsvir

Yeni kibertəhlükəsizlik həlləri və funksionallıqları üzrə texniki tələbləri hazırlamaq və onların tətbiqini həyata keçirmək
Mövcud kibertəhlükəsizlik sistemlərinə dəstək vermək
Sistem konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“security hardening”)
Qəbul edilmiş qaydalara əsasən dəyişiklik, insident və problem tipli tiketlərin qeydiyyatını və icrasını aparmaq
Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək
Təhlükəsizlik sistemlərinin fasiləsiz işləməsini təmin etmək
Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək
Qəbul edilmiş siyasət, təlimat və standartlara uyğun olaraq sistemlərin administrasiyasını həyata keçirmək (patçların və yeniləmələrin quraşdırılması, monitorinqi etc.)
Müvafiq hesabatların hazırlanmasını təmin etmək
Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında daim sistemləri inkişaf etdirmək
Kibertəhlükəsizlik sistemləri üzrə texniki sənədləşməni aparmaq
Tələb olunan bilik, bacarıq və təcrübə:

Təhsil: Kompüter elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
Tələb olunan iş təcrübəsi: Kibertəhlükəsizlik və ya müvafiq İT sahəsi üzrə 3 il
Lisenziya / Sertifikat: Kibertəhlükəsizlik və İT sahəsi üzrə sertifikatlar arzuolunandır
Xarici dillər: İngilis dili (texniki səviyyədə Yaxşı)
Windows və/və ya Linux ƏS administrasiyası üzrə billik və bacarıqlar
Şəbəkə protokolları və təhlükəsizlik texnologiyaları haqqında biliklər
Kibertəklükəsizlik sistemlərinin administrasiyası və istifadəsi üzrə təcrübə (məsələn, PAM, Endpoint Security, Email Security, M365 and Azure AD, DLP, MDM, CSPM və s.)
Başqa tələblər:

Şifahi və yazılı kommunikasiya bacarıqları
Analitik və problem həll etmək qabiliyyəti
Biliklərini komanda yoldaşları ilə bölüşmək
Proses və prosedurlara əməl etmə
Stresə davamlı
Komanda şəklində effektiv işləmə bacarığı
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.