Kibertəhlükəsizlik üzrə mühəndis (Aparıcı mütəxəssis)

İyun 30, 2025
Müraciət sonu: İyul 29, 2025
İndi Müraciət Et

İş Təsviri

Caspian Innovation Center

Vəzifə öhdəlikləri:

Kibertəhlükəsizlik məhsullarının tətbiqi, qorunması, təkmilləşdirilməsi və sınaqdan keçirilməsi;
İstifadəçilərə və müştərilərə kibertəhlükəsizliklə bağlı dəstəyin göstərilməsi;
Kibertəhlükəsizlik həllərinin inteqrasiya olunması və onların düzgün qaydada işləməsinin təmin edilməsi;
Sistem, servis və məhsulların təhlükəsiz şəkildə konfiqurasiya edilməsi;
Sistem, servis və məhsulların təhlükəsizliyini qoruması və təkmilləşdirilməsi;
Kibertəhlükəsizlik prosedurlarının və kontrollarının tətbiqi;
Sistemlərin, xidmətlərin və servislərin təhlükəsizliyini sənədləşdirilməsi və hesabatların hazırlanması;
Kibertəhlükəsizliklə bağlı tədbirlərdə İT/OT işçiləri ilə birgə işləmək;
Sistemlərin və Web serverlərin penetration testlərini həyata keçirmək;
Pentest alətləri ilə iş (nmap, metasploit, burp suit, Kali Linux və s.);
WAF, Email təhlükəsizlik, XDR/EDR, IAM, SIEM, SOAR, BAS, PAM həllərin tətbiqi və konfiqurasiyası;
Bilik və bacarıqlar:

İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil;
Azərbaycan dilində sərbəst danışıq bacarığı , texniki səviyyədə İngilis dili biliyi;
Məlumatların kənara sızılmasının və informasiya sistemlərinə kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinqi.
İT Təhlükəsizlik konsepsiyaları və əsasları haqqında bilik;
Şəbəkə təhlükəsizliyi konfiqurasiyası haqqında biliklər, Unix/Linux, Windows və s. əməliyyat sistemləri, DBA , SQL, scripting, security hardening;
Server (Windows/Linux), DB, Web tətbiqlərinin penetration testi üzrə praktiki biliklər;
MITRE ATT&CK Framework və Cyber Kill Chain metodologiyaları haqqında anlayış;
Təhlükəsizlik boşluqları barədə biliklər (OWASP və s.);
Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları;
Təşəbbüskarlıq, yeniliyə açıqlıq və inkişaf yönümlülük.
Proqramlaşdırma dilləri üzrə biliklər (Python, Java, PHP, SQL və s);
Biz nə təklif edirik:

İş qarfiki 5/2, 09.00-18.00
Nahar xərcinin qarşılanması
İllik performans bonusları
Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim
“Learning Hub” platformalarından istifadə imkanı
Müraciətinizi, məktubun mövzu hissəsində “Kibertəhlükəsizlik üzrə mühəndis” qeyd etməklə hr@caspianic.com ünvanına və ya Müraciət Et düyməsində qeyd olunan link-ə göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.