İş Təsviri
Baku Steel Company CJSC
Vəzifə təsviri (seçdiyiniz səviyyəyə uyğun olaraq):
Marketinq və SMM kampaniyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak;
Promo materialların hazırlanması və dizayn prosesinin koordinasiyası;
Sərgilərin, korporativ tədbirlərin və B2B görüşlərinin təşkilinə dəstək;
PR fəaliyyətlərinə və media ilə əlaqələrin qurulmasına dəstək;
Hesabatların hazırlanması və media monitorinqinin aparılması.
Tələblər
PR, marketinq, menecment və ya digər yaxın sahələr üzrə ali təhsil;
Azərbaycan, rus və ingilis dillərini yazılı və şifahi şəkildə sərbəst bilmək;
MS Office proqramlarında (Word, Excel, PowerPoint və Outlook) sərbəst işləmək bacarığı;
Kiçik mütəxəssis üçün: öyrənmək istəyi, marketinq sahəsində baza biliklər, yaxşı təşkilatçılıq və ünsiyyət bacarıqları;
Mütəxəssis üçün: ən azı 2 il müvafiq iş təcrübəsi, layihə idarəetməsi bacarığı, SMM sahəsində yaxşı biliklər.
Üstünlük hesab olunur:
Marketinq və rəqəmsal kommunikasiyalar sahəsində sertifikatlar;
B2B sahəsində və beynəlxalq layihələrdə iş təcrübəsi;
Kontent və təqdimat materiallarının hazırlanması bacarığı.
Biz nə təklif edirik:
Ambisiyalı inkişaf strategiyası olan milli şirkətdə çalışma imkanı;
Peşəkar inkişaf və unikal layihələrdə iştirak fürsətləri;
Dinamik və mehriban iş mühiti.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.