İş Təsviri
METAK
İşin təsviri
ERP sistemində sex sahələrində istismarda olan və təmir edilmiş avadanlıqlar üzrə məlumatların düzgün və operativ şəkildə daxil edilməsi;
Avadanlıqların nasazlıq və təmir hallarının nəticələrinin analiz olunmasında iştirak;
Ehtiyyat hissələri anbarının qurulması və idarə edilməsində dəstək göstərilməsi;
Təmir və istismar göstəricilərinin toplanması və hesabatların hazırlanmasında iştirak;
Baş mühəndis tərəfindən verilən digər texniki və təşkilati tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali və ya orta texniki təhsil (Mühəndislik ixtisasları üzrə);
ERP proqramlarında işləmək bacarığı (müvafiq təcrübə üstünlükdür);
MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
AutoCad-də Solidworks proglardan istifadə bacarığı;
Yüksək öyrənmə və analitik düşünmə bacarığı;
Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
İstehsalat sahəsində və ya texniki xidmət bölmələrində iş təcrübəsi (müvafiq təcrübə üstünlükdür);
Təmir prosesləri və ehtiyyat hissələrinin idarə edilməsi sahəsində ilkin biliklər (müvafiq təcrübə üstünlükdür);
İngilis və rus dillərində səlis oxuma, yazma və mətnləri anlama bacarığı.
İş şərtləri
Əmək haqqı danışıq əsasında müəyyən olunur;
5 günlük iş həftəsi;
Nahar şirkət tərəfindən verilir;
Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
İş yeri Bakı – Dərnəgül
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.