Kiçik təqibçi

Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Baku Electronics

Baku Electronics Problemli müştərilərlə iş üzrə şöbə üçün “Kiçik təqibçi” vakansiyası elan edir. Tələblər üzrə uyğun namizədləri müraciət etməyə və peşəkar komandamızın bir üzvü olmağa dəvət edir!

Tələblər:

Təhsil: Ali;
MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
Analitik düşüncə;
Müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama bacarığı;
İş təcrübəsi tələb edilmir;
Vəzifə öhdəlikləri:

Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
Borcun ödənilməsinə nəzarət etmək;
Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq;
İş şəraiti:

İş yeri: Baş ofis;
İş qrafiki: Həftə içi 5 gün saat 09:00-17:00; Şənbə günü 09:00-14:00
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.