İş Təsviri
Grand Agro MMC
Təsvir
İdarəetmə Sistemi Standartlarının (MSS) tələblərinə riayət edilməsini təmin etmək;
İdarəetmə Sistemi Standartları üzrə hesabatların təqdim edilməsi və qiymətləndirilməsi üçün məlumat toplama prosesinə cəlb olunmaq;
Təşkilat daxilində İdarəetmə Sistemi Standartları siyasətləri və digər müvafiq tələblər barədə məlumatlı olmaq, onların başa düşülməsini və lazımi ünsiyyətin olmasını təmin etmək üçün metodlar həyata keçirmək;
Daxili/xarici auditin planlaşdırılması, hesabatın təqdim edilməsi
Keyfiyyətlə bağlı sənədlərin (siyasət, məqsədlər, proseduralar, iş təlimatları, formalar və s.) işlənib hazırlanması və nəzərdən keçirilməsinə dəstək olmaq;
Müvafiq olaraq təşkilati prosedurları/iş təlimatlarını nəzərdən keçirmək və şərh etmək.
Tələblər
Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili
Keyfiyyət təminatı üzrə sertifikatın olması üstünlükdür;
Keyfiyyətin idarəolunması ilə bağlı oxşar vəzifələrdə 5 il müvafiq iş təcrübəsi
Keyfiyyət təminatı terminləri, metodları və vasitələri üzrə bilik;
İdarəetmə sistemləri üzrə daxili auditlərin planlaşdırılması, keçirilməsi, hesabat olunması və izlənilməsi;
Azərbaycan Respublikası Qanunvericiliyi barədə məlumat;
İdarəetmə sistemi standartlarını (ISO 9001, ISO 14001, ISO 45001) yaxşı başa düşmək və şərh etmək;
ISO 45001:2018, ISO 14001:2015, ISO 9001:2015 Internal/Lead Auditor Certificate – üstünlük verilir;
Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı(Word, Excel, Power Point, Outlook);
Dəyişən təşkilati və əməliyyat tələbatlarına uyğunlaşma bacarığı;
Çoxsaylı tapşırıqları eyni zamanda idarə etmək qabiliyyəti;
Komanda daxilində çoxsaylı funksional bölmələr və ixtisaslaşma sahələri üzrə yaxşı işləmək qabiliyyəti;
Güclü müşahidəçi və detallara qarşı diqqətcil olmaq qabiliyyəti;
Həm şifahi, həm də yazılı şəkildə yaxşı ünsiyyət qurmaq bacarığı;
Tədbirli və təşəbbüskar olmaq qabiliyyəti;
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Təcrübə – 5-8 il
Təhsil – Bakalavr
İmtiyazlar
Könüllü tibbi siğorta (ailə üzvlərini əhatə edən).
Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
Nahar təminatı
Performansdan asılı olaraq bonuslar
Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.