KOB kreditləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis (Bakı filialları)

İyul 3, 2025
Müraciət sonu: Avqust 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Bank Respublika ASC

Təsvir

Banka yeni müştərilərin cəlb edilməsi məqsədi ilə marketinq vizitlərini həyata keçirmək;
Müştərilərə bankın KOB kredit və qeyri kredit məhsulları haqqında ətraflı və dolğun məlumat və məsləhətlər vermək;
Rəhbərlik tərəfindən qoyulmuş planlara uyğun olaraq müştəri bazasını yaratmaq;
Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;
Tələblər

Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
Kredit sahəsi üzrə minimum 1 illik iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, ingilis və rus dilləri arzu olunandır;
MS Office proqramları üzrə biliklər;
Analitik düşünmə qabiliyyəti;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər;
Vakansiya haqqında

Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.