İş Təsviri
OBA marketlər şəbəkəsi
Vəzifə öhdəlikləri:
Pərakəndə satış və ictimai iaşə konseptinə uyğun məhsul çeşidlərini müəyyən etmək və kateqoriyaları effektiv idarə etmək;
Təchizatçılar ilə effektiv münasibətlər qurmaq, müqavilə şərtlərini razılaşdırmaq və optimal qiymət şərtlərini təmin etmək;
Hero məhsulları, brendləri, şəxsi markaları (Private Label) və yeni məhsulları bazara çıxarmaq, marketinq kampaniyalarını və tanıtım tədbirlərini həyata keçirmək;
İstehsalat yönümlü məhsul strategiyalarını hazırlamaq, istehsal proseslərini idarə etmək və məhsul keyfiyyəti standartlarını təmin etmək;
Marja və satış strategiyalarını müəyyənləşdirmək, həyata keçirmək və mütəmadi olaraq optimallaşdırmaq;
Bazar tendensiyalarını təhlil etmək, innovativ yanaşmaları tətbiq etmək və rəqabət üstünlüyünü təmin etmək.
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil
Təcrübə: Kommersiya və satınalma sahəsində ən azı 4 il peşəkar və rəhbərlik təcrübəsi;
Pərakəndə satış, FMCG və ya ictimai iaşə sahəsində strateji yanaşma ilə işləmə təcrübəsi;
İstehsalat yönümlü və məhsul inkişafına fokuslanan layihələrdə iştirak və rəhbərlik təcrübəsi;
Maliyyə təhlili, büdcələmə və satış göstəricilərinin idarə edilməsi üzrə bacarıqlar;
Güclü analitik düşüncə və məlumat əsaslı qərarvermə bacarığı;
Komanda idarəetməsi, liderlik və yüksək kommunikasiya bacarıqları;
Əlavə təminatlar:
Nahar;
Korporativ nömrə;
Servis xidməti;
Tibbi sığorta
Parkinq
Yanacaq kartı
İş qrafiki:
İş saatları 09:00 – 18:00
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kommersiya Şöbə Müdiri” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.