İş Təsviri
Pasha Bank
İşiniz nədən ibarətdir?
Bankın fəaliyyətinin tənzimləyici orqanların tələblərinə uyğun olmasının təmin edilməsində iştirak;
Tənzimləyici normativ hüquqi aktların tələblərinə uyğunluğun yoxlanılması prosesinin qurulması və müvafiq monitorinqlərin təşkil edilməsində iştirak;
Nəzarət orqanını qaydalarında baş verən dəyişikliklərin təfsilatlı təhlil və Bankda tətbiqi tədbirlərin həyata keçirilməsi prosesinin həyata keçirilməsində iştirak;
Tənzimləyiciyə təqdim edilən hesabatların yoxlanılması və hər hansı səhvlərin aşkarlanması halında aidiyyəti struktur bölməyə bildirilməsi;
Bankın təklif etdiyi məhsulların və xidmətlərin nəzarət orqanının tələblərinə uyğun olub olmaması üzrə yoxlamalar aparılması;
Bankın fəaliyyətindən irəli gələn tədbirlərin (hesabatlıqlar və digər öhdəliklərin) nəzarət orqanının tələblərinə uyğun olub olmaması üzrə yoxlamalar aparılması;
Proseslərin, daxili qaydaların, məhsul pasportlarının nəzarət orqanının tələblərinə dair uyğunluğu ilə bağlı monitorinqin aparılması;
Aşkarlanmış risklər və çatışmazlıqlar barədə, habelə onların aradan qaldırılması üzrə tədbirlər barədə dövri əsasda hesabatların təqdim edilməsi;
Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanın təşkil edilməsi;
İdarə Heyətinə dövri əsasda təqdim edilməsi üçün pozuntular nəticəsində əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatların hazırlanması;
“Müştəri – xidmət” problemlərinin həll edilməsini şəxsi öhdəliyinə götürülməsi və s.
Sizdən nə tələb olunur?
Təhsil: İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya digər uyğun sahədə ali təhsil (bakalavr);
Tələb olunan iş təcrübəsi: maliyyə, risk və ya audit sahəsində minimum 2 il;
Lisenziya / Sertifikat: Nəzarət, audit, risk və ya komplayens sahələrində beynəlxalq sertifikatlar üstünlükdür;
Xarici dillər: İngilis (səlis);
Kompüter bilikləri: Microsoft Office;
Məhsul üzrə biliklər: Bank məhsullarının və xidmətləri üzrə biliklər;
Bazar üzrə biliklər: Nəzarət orqanlarının tələbləri ilə bağlı biliklər.
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat