Köməkçi / İdarə Heyətinin katibliyi

Vaxtı bitib.

İş Təsviri

AzerGold CJSC

Əsas vəzifə və öhdəliklər:

Rəhbərin idarəçilik işlərinin Azərbaycan Respublikasının qanunvericilik tələblərinə və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq təşkilində köməkçi fəaliyyətini icra etmək;
Cəmiyyətin ümumi fəaliyyətinin təşkilində öz səlahiyyətləri çərçivəsində iştirak etmək və onun işini əlaqələndirmək;
Rəhbərin göstərişi əsasında aidiyyəti struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsini təmin etmək;
Rəhbəri tərəfindən aidiyyəti şöbələrə və mütəxəssislərə verilən tapşırıqların icrası barədə onu məlumatlandırmaq. Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq rəhbərinə hesabat və məlumatlar təqdim etmək;
Rəhbərinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;
Dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələr qurmaq və işgüzar görüşlərdə Cəmiyyəti təmsil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:

Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı).
Microsoft Office proqramları üzrə işləmək bacarığı;
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə qabiliyyəti, daxili və xarici yazışmaları idarə etmək bacarığı olmalıdır;
Tələb olunan təhsil və iş təcrübəsi:

Ali təhsil tələb olunur.
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
İş qrafiki:

Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:

Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.