İş Təsviri
ITech Group
İş təsviri:
Şirkətin vebsaytında məhsulların əlavə edilməsi, məlumatların yenilənməsi və düzgünlüyünə nəzarət edilməsi.
Məhsul təsvirlərinin və şəkillərinin yerləşdirilməsi, qiymətlərin və mövcudluq məlumatlarının düzgünlüyünün təmin edilməsi.
Saytın məlumatlarının mütəmadi olaraq yenilənməsi və optimallaşdırılması.
SEO prinsiplərinə uyğun kontentin yerləşdirilməsi.
İstifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün müvafiq düzəlişlər və yeniliklər etmək.
Kontentin analizi və hesabatların hazırlanması
Kontent performansını (görüntülənmə, klik, paylaşımlar və s.) izləmək və analiz etmək
Axtarış sistemləri üçün optimallaşdırılmış məzmunun hazırlanması
Tələblər:
Müvafiq sahə üzrə təcrübə (kontent meneceri və ya saytın idarə edilməsi sahəsində).
Yüksək təşkilatçılıq qabiliyyəti və detallara diqqət.
Azərbaycan dilini mükəmməl bilməli, rus və ya ingilis dili üstünlükdür.
Kompüter və ofis proqramları ilə sərbəst işləmə bacarığı.
SEO haqqında biliklər üstünlükdür.
Canva, Adobe Photoshop və ya digər dizayn alətlərindən istifadə bacarığı arzuolunandır
Gözlənilən şəxsi keyfiyyətlər:
Kommunikasiya bacarıqları və müştəri yönümlü yanaşma.
Yaradıcı düşüncə və yenilikçi yanaşmalar.
Çətin vəziyyətlərdə problem həll etmə bacarığı.
İşə yüksək motivasiya və məsuliyyətli yanaşma.
Təklif Edirik:
İş qrafiki: bazar ertəsi – cümə, 09:00 – 18:00
Müasir və rahat ofis
Rəsmi əmək müqaviləsi ilə işə qəbul
Korporativ təlim və məhsul bilikləri üzrə inkişaf
Peşəkar və mehriban kollektiv
Əmək haqqı: 800 azn +
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.