Korporativ hüquqşunas

Müraciət sonu: İyun 27, 2025
İndi Müraciət Et

İş Təsviri

Zəfər Bağları

Namizədə dair tələblər:

Texniki bacarıqlar

Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli
Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktları bilməli
Yumşaq bacarıqlar

Komanda ilə işləmək bacarığı
Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək
Analizetmə qabiliyyəti
Nəticəyönümlü olmaq
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
Xüsusi tələblər:

Hüquq sahəsi üzrə ali təhsil
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il
Əsas vəzifə öhdəlikləri:

Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
Müəssisənin satınalma, satış, xidmətlərin göstərilməsi, agentlik, tikinti və digər müqavilələrdə o cümlədən beynəlxalq müqavilə və sazişlərin hüquqi ekspertizasının aparılması, rəy və təkliflərin verilməsi
Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması
Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək, Cəmiyyət adından sənədlərin hazırlanması və təqdim edilməsini həyata keçirmək
Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini, həmin sənədlərin hüquqi qüvvəsinin mövcud vəziyyəti ilə bağlı təkliflər vermək
Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək
Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq
Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək
İş şərtləri:

İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
Nahar şirkət tərəfindən təmin edilir
İş yeri: Ağdam rayonu
Xankəndi şəhərində yaşayış yeri təminatı
Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya haqqında:

Vakansiya növü Tam ştat
Təcrübə 3-4 il
Vəzifə dərəcəsi Rəhbər
Təhsil Natamam ali