İş Təsviri
Premium Bank
İşin təsviri:
Hüquqi şəxslərə bank xidmətlərini təqdim etmək;
Qanunvericiliyə uyğun olaraq hüquqi şəxs bank hesablarının açılması və ya bağlanması, həmçinin bu hesablar üzrə əməliyyatların aparılması;
Müştəri hesablarına vergi, DSMF, məhkəmə və digər orqanlarının qoymuş sərəncamlarını icra etmək;
Hüquqi şəxslərin ölkə xaricinə köçürmələrinin qanunvericiliyə uyğun olaraq aparılması;
Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə, xidmət etdiyi müştərilərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlamaq və təqdim etmək;
Qanunvericiliyin tələblərinə uyğun qaydada ödəniş tapşırıqlarının və konvertasiya üzrə sifarişlərin icrası;
Hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq mədaxil və məxaric əməliyyatların aparılması;
Qabaqcadan ödənişləri bağlamaq üçün tələb olunan sənədləri müştərilərdən tələb etmək, qabaqcadan ödənişləri bağlamaq;
Hesab üzrə maliyyə arayışlarının hazırlanması.
Namizədə dair tələblər:
Ali təhsil;
Sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
Yüksək ünsiyyətqurma qabiliyyəti;
Təzyiqə davamlılıq və komanda tərkibində işləmə bacarığı;
Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə bilikli olmaq;
Əla səviyyədə Azərbaycan və Rus dili, yaxşı səviyyədə İngilis dili biliyi;
MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
İş saatı 09:00-dan 18:00-dək
İstirahət günləri: şənbə və bazar günləri
Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Korporativ müştərilərə xidmət üzrə Mütəxəssis / Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.