Korporativ Satış üzrə Menecer

Müraciət sonu: İyun 30, 2025
İndi Müraciət Et

İş Təsviri

Cənnət Bağı Şirkətlər Qrupu

Ünvan: Bakı şəhəri
Vəzifə öhdəlikləri:

Yerli bazar meyllərini və rəqib fəaliyyətlərini analiz edərək biznes imkanlarını müəyyənləşdirmək;
Korporativ müştərilərlə otaq qiymətləri/paketləri müzakirə etmək;
Müştəri RFP-lərini (Təklif sorğusu) idarə edərək bazar payını artırmaq;
Sənaye konfranslarına və tədbirlərinə qatılmaq
Otel üçün şirkət müqavilələrini hazırki biznes və qiymət şərtlərinə uyğun hazırlamaq
Cari biznes strategiyalarına uyğun işləmək və potensial imkanları tanımaq
Müştəri hesablarını inkişaf etdirmək və bazarı analiz edərək otelə biznes gətirmək və bütün gəlir axınlarında bazar/müştəri payını artırmaq
Oteldə digər şöbələrlə əməkdaşlıq edərək istisna bir Qonaq təcrübəsi yaratmaq və güclü, əhatəli satış proqramları qurmaq
Tələb olunduqda Satış tədbirlərinə qatılmaq
Müştəri suallarına tez və peşəkar şəkildə cavab vermək
Müştəri tələbləri, maraqları və marketinq fəaliyyətləri ilə bağlı məlumatların Şirkət prosedurlarına uyğun olaraq daim güncəllənməsini təmin etmək
Namizədə dair əsas tələblər:

Otelçilik və ya korporativ satış sahəsində təcrübə;
Güclü təqdimat, danışıqlar və problem həll etmə bacarıqları;
Beynəlxalq qonaqlarla ünsiyyət üçün ingilis dili biliyi, əlavə olaraq isə rus dili biliyi üstünlükdür;
Effektiv ünsiyyət, problem həll etmə və qərar qəbul etmə qabiliyyəti;
İşçinin təminatları:

Nahar şirkət tərəfindən qarşılanır
İş qrafiki 09:00-18:00
Əmək haqqı müsahibə əsasında təyin olunacaq