İş Təsviri
Santral
Tələblər:
Təhsili: Ali təhsil
İş təcrübəsi: minimum 3 il
Dillər: Azərbaycan dili (rus dili və ingilis dili arzuolunandır.)Ünsiyyət qurmaq bacarığı
Kollektivdə işləmək bacarığı
İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti
Vəzifə təlimatı:
Potensial korporativ müştərilərlə əlaqə yaratmaq, şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək.
Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək, mütəmadi olaraq əlaqə saxlamaq.
Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək.
Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq.
Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək.
Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək.
Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün rəhbərliyə hesabatlar təqdim etmək.
Korporativ bazardakı tendensiyaları izləmək və rəqiblər barədə analizlər aparmaq.
Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək.
Korporativ satış fəaliyyəti üzrə hər ay, rüb və ilin sonunda SWOT təhlili aparmaq, nəticələri və inkişaf təkliflərini rəhbərliyə təqdim etmək.
Tam maddi məsuliyyət haqqında müqavilə imzalamaq.
Birbaşa rəhbərin tapşırıqları əsasında aidiyyatı funksiyaları icra etmək.
Təklif:
Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071
İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00
Nahar şirkət tərəfindən təmin edilir.
Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
Əmək haqqı: 900 azn + bonus
B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır.