Korporativ Satış üzrə mütəxəssis

Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Ecomag LTD

Vəzifə öhdəlikləri

Cəmiyyət adından kommersiya məqsədli xidmətlərin satışı üzrə fəaliyyəti həyata keçirir;
B2B seqmentində müştərilərin axtarışı və cəlb edilməsi (soyuq zənglər, görüşlər və s.);
Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılmasında iştirak edir;
Şirkətin strateji hədəflərinə uyğun olaraq yeni müştərilərin cəlb edilməsi və onların uzunmüddətli müştəri bazasına çevrilməsi istiqamətində fəaliyyət göstərmək;
Potensial müştərilərin axtarışı ilə məşğul olur;
Müəssisənin xidmətlərinə uyğun müştərilərin tələbatlarının araşdırılması, müştəri ilə sifarişin razılaşdırır;
Müştərilərin təsdiq olunmuş satış proqramına müvafiq müəssisə ilə iş birliyinə cəlb edir;
Müştərilərlə daima əlaqə saxlayır;
Müştəri məmnunluğu barədə informasiyanı toplayır, sistemləşdirir, təhlil edir və satışı bu prinsip üzərində qurur;
Müəssisənin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir;
Müəssisənin strukturu və idarəetmə prinsiplərini öyrənməli, subordinasiya və etika qaydalarına riayət etməlidir;
Satışın artırılması və yeni müştərilərin əldə edilməsi üçün stimullaşdırıcı təkliflər verir;
Gündəlik satış işini təhlil edir və aylıq hesabat hazırlayaraq Satış menecerinə təqdim edir;
Vəzifəsinin icrası ilə əlaqədar bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirməlidir;
Namizədə Tələblər:

Ali təhsil;
Korporativ satış sahəsində iş təcrübəsi – ən azı 1 il;
Müştəri bazarını izləmək, analiz etmək
Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları;
Təqdimetmə və satış bacarığı.
İş şəraiti

İş günləri: Həftənin 5 günü
Əməkhaqqı: Görüş zamanı təyin ediləcəkdir.