Korporativ satış üzrə mütəxəssis

Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

Moss Group

GPS xidmətlərinin Azərbaycanda aparıcı inteqratoru MOSS Group MMC “Korporativ satış üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri:

Müştəri bazasının formalaşdırılması;
Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
Potensial müştərilərlə qiymət təkliflərinin və satış şərtlərinin razılaşdırılması;
Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
Satışın artırılması üçün mövcud müştərilərlə məhsullarla bağlı təkliflərin verilməsi;
Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
Müştəri narazılıqlarının idarə edilməsi;
Rəhbər heyətinin tapşırıqlarının yerinə yetirilməsi.
Ümumi tələblər:

Satış və ya müştəri xidməti sahəsində minimum 1 il təcrübə
Ofis proqramlarında sərbəst işləmək qabiliyyəti (PowerPoint,Excel, Word)
Ünsiyyətcil və komanda ilə işləməyə meyilli
Rus və İngilis dillərini A2–B1 səviyyəsində bilmək üstünlükdür
Məsuliyyətli və detallara diqqətli olmaq
İş barədə məlumat:

Tam iş günü, iş yeri Bakı şəhəri
İş qrafiki: I-V: 09:30 – 18:00/ VI: 10:00 – 16:00
Əmək haqqı (satışdan bonus) müsahibə və sınaq nəticələrinə əsasən müəyyən olunacaq.