Korporativ satış üzrə mütəxəssis

Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

GBL Group QSC

Vəzifə öhdəlikləri:

Yeni müştərilərin aktiv şəkildə cəlb olunması;
Mövcud müştəri bazasının idarə olunması və əlaqələrin gücləndirilməsi;
Loqistika və gömrük xidmətlərinin təqdimatı üzrə müştərilərlə görüşlərin təşkili;
Müştəri ehtiyaclarının araşdırılması və yeni xidmət paketlərinin formalaşdırılması;
Rəqib və bazar təhlili: qiymət strategiyaları və xidmət modelləri;
Korporativ müştəri bazasının genişləndirilməsi məqsədilə PR və reklam yönümlü layihələrin hazırlanması və satış yönümlü tədbirlərdə iştirak;
Sosial media hesablarında satışın artırılması istiqamətində təkliflərin verilməsi;
Satışın inkişaf etdirilməsi və partnyorluqların qurulması;
Müştəri şikayət və təkliflərinin təhlili, xidmət keyfiyyətinin artırılması;
Sərgi, tədbir və təqdimatlarda iştirak;
Aylıq satış hesabatlarının hazırlanması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə olan tələblər:

İş təcrübəsi: Minimum 3 il (logistika sahəsi üzrə)
Ali təhsil
Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili arzuolunandır
Aktiv satış bacarığı və yeni müştəri cəlb etmək qabiliyyəti
Yüksək ünsiyyət bacarığı və inandırma qabiliyyəti
Mövcud müştəri bazasının olması üstünlük kimi dəyərləndiriləcək
Xanım namizədlərə üstünlük verilir.
İş şəraiti:

İş yeri: Nərimanov rayonu, Zaur Nudirəliyev, 61
İş qrafiki: 5 günlük
İş saatı: 09:00 – 18:00
Əmək haqqı: 1000 AZN+bonus (cəlb edilən müştərilərə əsasən)
Müraciət üçün: Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini “Korporativ satış üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.