İş Təsviri
Seaport Catering
Elanın təsviri:
Cinsiyyət: Xanım
Ərazi: Bakı
Staj: 1 – 3 il
Yaş: 20 — 35 yaş
Təhsil: Ali təhsil
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
Tender prosesində şirkətin təmsil olunması;
Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
Tələb olunan sənədlər toplusunun əldə olunması, dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması;
Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
Müştəri bazasının genişləndirilməsi;
Tenderin nəticəsinə uyğun olaraq növbəti mərhələr üzrə müqavilə və digər sənədləşmələri həyata keçirilməsi;
İştirak edilən tenderlər haqqında dövrü hesabatlar hazırlanması.
Şirkətlərin sosial şəbəkələrdə axtarışı, rəhbər şəxslərə əlqələndirməsi və görüşlərin təşkil edilməsi.
Namizədə tələblər:
Ali təhsil
Dil bilikləri : Azərbaycan, rus; ingilis dili arzuolunandır.
E-tender portalında işləmə bacarığı – Müvafiq sahə üzrə iş təcrübəsi
Ünsiyyət qurma, fikrini səlis izah edə bilmə qabiliyyəti
MS Office biliklərinə malik olmalı
Linkedin, FaceBook və digər social şəbəkələrdə sərbəst istifadə bacarığı,potensial şirkət axtarışı
Software bacarıqlarının olması
İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
İş şərtləri:
Həftə içi 5 gün, 09:00 – 18:00.
Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Korporativ nömrə;
Nahar şirkət tərəfindən təmin edilir
Əmək haqqı 800 manat
Qeyd: Yalnız uyğun namizədlər Korporativ satış üzrə operator qeyd edərək CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına yollaya bilərsiz.