Korporativ satış üzrə rəhbər

İyul 16, 2025
AZN1500 - AZN2000
Müraciət sonu: Avqust 15, 2025
İndi Müraciət Et

İş Təsviri

Seaport Catering

Vəzifə öhdəlikləri

Bazar araşdırması aparmaq, müştəri tələbatlarının öyrənilməsi;
Müştərilərə şirkətin məhsulları haqqında ətraflı məlumat verilməsi;
Müştəri ilə görüşlərin təyin edilməsi və görüşlərdə iştirak etməsi;
Potensial korporativ müştərilərin axtarışının həyata keçirilməsi;
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
Satış başa çatdıqdan sonra müqavilə hazırlanma prosesinin koordinasiya edilməsi (rekvizitlər, çatdırılma, hesab faktura, qaimə);
Təkliflərin analiz edilməsi; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi
Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
Namizədə dair əsas tələblər:

Ali təhsil;
Korporativ görünüşlü, ünsiyyətcil, işgüzar və səlis danışıq qabiliyyətli
2-3 ildən artıq Korporativ satış üzrə təcrübə;
Tender.gov.az portalında işləməyi bacarığı;
B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
Yenilikçi, dinamik və daxili motivasiyası yüksək
Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (arzuolunandır)
Digər fərdi keyfiyyət göstəriciləri:
Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
Müxtəlif biznes proseslərdən anlayışlı olmalı;
Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
Enerjili, pozitiv, çevik və məsuliyyətli olması ;
İnformasiyanın təhlili və analiz etmək bacarığı ;
Təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalı
Əlavə məlumat:

İşçi korporativ nömrə,yemək,transport və danışıq balansı ilə təmin olunur;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
Əmək haqqı: 1 500 – 2 000 Azn
Bonus: Yüksək gəlirli
İş vaxtı: I-V günlər 09:00 – 18:00
Tələblərə uğun namizədlər mövzu yerində “Korporativ satış üzrə rəhbər“ qeyd edərək öz CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.