Korporativ satış üzrə mütəxəssis

İyul 9, 2025
AZN1000 - AZN1500
Müraciət sonu: Avqust 8, 2025
İndi Müraciət Et

İş Təsviri

Kontakt Home

Təsvir:

Müştərilərlə daimi və effektiv əlaqənin qurulması, onların ehtiyac və gözləntilərinin təhlil olunaraq uyğun həllərinin təklif edilməsi;
Müştəri tələblərinə əsasən təklif paketlərinin hazırlanması və alternativ məhsul ceşidlərinin təqdimatı;
Müştəri məmuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmuniyyətin qorunmasını təmin edilməsi üçün işlərin görülməsi;
Ödəmələrin izlənilməsi, gecikən ödənişlər üzrə müştərilərə məlumatın verilməsi və ödənişlərin yığılması;
Sifarişlərin çatdırılması prosesinin nəzarətdə saxlanılması;
Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi;
Korporativ satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi üçün sənədləşmə üzrə inzibatçıya dəstək verilməsi;
Satış və satışdan sonrakı prosesin tam izlənilməsi;
Tender və kotirovka prosesləri barədə məlumatlı olmaq və bu sahədə işləmək bacarığına malik olmaq üstünlük hesab olunur;
Bazar araşdırması;
Şirkətin strateji hədəflərinə uyğun şəkildə yeni müştərilərin qazanılması və onların uzun müddətli tərafdaşlara çevrilməsi istiqamətində işlərin aparılması;
B2B seqmentində potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması (soyuq zənglər, görüşlərin təşkili və s).
Tələblər:

Ali Təhsil
Azərbaycan dili bili səlis, rus dili arzuolunandır;
Satış üzrə minimum 2 il iş təcrübəsi;
Portfoliosu olması üstünlükdür;
Tenderlərdə iştirak qaydalarını bilmək;
Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları;
Məsuliyyətli və stresə davamlı olmaq;
Microsoft Office proqramlarını yaxşı bilmək;
Komandada işləmək bacarığı.
İş şəraiti:

İş günləri: I-V günlər;
İş saatı: 09:00-18:00;
Əmək haqqı: 1000-1500 Azn
Vakansiya haqqında:

Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.