Kosmetoloq Köməkçisi

İyul 14, 2025
Müraciət sonu: Avqust 13, 2025
İndi Müraciət Et

İş Təsviri

Estemol Baku MMC

İş yeri: Bakı şəhəri, Estemol Baku MMC
İş rejimi: Tam ştat
Vəzifə Haqqında:

Klinikamızda kosmetoloq köməkçisi vəzifəsi üzrə əməkdaş axtarırıq. Bu vəzifə üzrə işə qəbul ediləcək şəxs kosmetoloqun gündəlik prosedurlarında ona dəstək olacaq və işə başlamazdan öncə “Kosmetoloji prosedurlar” üzrə ilkin təlim proqramından keçəcəkdir.
Kosmetologiya sahəsində karyera qurmaq istəyən, tibbi təhsili və öyrənməyə həvəsi olan namizədləri komandamıza dəvət edirik.

Vəzifə Öhdəlikləri:

Kosmetoloqun işində gündəlik kömək etmək
Prosedur üçün avadanlıq və materialların hazırlanması
Müştəri qarşılaması və prosedura hazırlıq
Təmizlik, gigiyena və sterilizasiya qaydalarına nəzarət
Pasiyent məlumatlarının qeydiyyatına dəstək
Təlimlərdə aktiv iştirak və əldə edilən biliklərin gündəlik praktikaya tətbiqi
Tələblər:

Tibb kollecində və ya tibb yönümlü orta ixtisas təhsil müəssisəsində təhsil almış və ya bitirmiş şəxslərə üstünlük verilir
Tibb bacısı kimi iş təcrübəsi əlavə üstünlükdür
Kosmetologiya sahəsində işləməyə maraq və öyrənmək istəyi
Səliqəli, məsuliyyətli və diqqətli olmaq
Gigiyena və etik qaydalara riayət
Azərbaycan dilində sərbəst danışıq (Rus dili bilikləri üstünlükdür)
Biz Təklif Edirik:

İlkin olaraq “Kosmetoloji prosedurlar” üzrə tam ödənişsiz təlim proqramı
Rəqabətqabiliyyətli əmək haqqı və performansa əsaslanan bonuslar
Təcrübəli kosmetoloqlarla işləmək imkanı
Müasir və təhlükəsiz iş mühiti
Peşəkar inkişaf və karyera qurmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.