İş Təsviri
Baku Steel Company CJSC
Vəzifə öhdəlikləri:
Zavodda fəaliyyət göstərən kranların elektrik avadanlıqları (elektrik mühərrikləri) fasiləsiz, keyfiyyətli və etibarlı işini təmin etmək.
Kranlarda istifadə olunan elektrik mühərriklərinin tipini, birləşmə sxemlərini və təmirə çıxarılma qaydalarını bilmək.
Kranların elektrik təchizat sxemini bilmək, baş vermiş açılmaların qarşısını vaxtında almaq.
Əsaslı təmirə ehtiyacı olan elektrik mühərriklərini vaxtında müəyyən etmək və bu barədə ustaya məlumat vermək.
Normativlərə, ТТ və TİQ-ə uyğun olaraq kranın elektrik avadanlıqlarında təmir, yoxlama və profilaktiki tədbirlər aparmaq.
Maqnit elektrik yükqaldırıcı məhdudlaşdırıcıları yoxlamaq, tənzimləmək və sazlamaq.
Kranların bütün növ elektrik mühərriklərinin təmiri, sınaq yoxlanması, quraşdırılması və iş sxeminin yığılmasını, onların iş prinsiplərini və birləşmə sxemlərini bilmək.
Elektrik mühərriklərinin mərkəzləşdirilməsi və balanslaşdırılması üsullarını, nəzarət ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını bilmək və istifadə etmək.
Yükləyici, pnevmayükləyici və digər xüsusi maşınların elektrik hissələrinin təmiri və tənzimləməsini bilmək.
Namizədə tələblər:
Ali təhsil – elekrik və ya elektroenergetika mühəndisliyi.
Normativ və Texniki sənədlərlə işləmək bacarığı.
Sahə üzrə 1 il iş təcrübəsi, daha yuxarı iş təcrübəsi arzuolunandır.
Sahə üzrə sertifikatının olması üstünlükdür
Digər məlumatlar:
İş yeri: Baku Steel Company, Azərboru İstehsalat Sahəsi, Sumqayıt şəhəri
Vakansiya haqqında
Vakansiya növü – Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.