Kreativ Kopirayter

İyun 13, 2025
AZN800 - AZN1000
Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

Make Agency

Əgər sözlərlə sehr yaradırsansa, brendi bir cümlə ilə tanıtdıra bilirsənsə və Reels ideyalarınla diqqət cəlb etməyi bacarırsansa – sən bizim axtardığımız insansan!

Vəzifəyə dair tələblər və bacarıqlar:

Minimum 2 il kopiraytinq təcrübən (agentlik təcrübəsi üstünlükdür)
Azərbaycan və Rus dillərində sərbəst yazıb danışma, İngilis dili isə əlavə bonus
Kreativ təfəkkürün, güclü yazı və araşdırma bacarıqları
Reels, video skript və sosial media kontenti yaratmaq
Vəzifə öhdəlikləri:

Brendlər üçün satış yönümlü və cəlbedici məzmunlar yazmaq (reklam mətnləri, sosial media postları, bloglar, video skriptlər və s.)
Kreativ komandamızla sıx işləmək – dizaynerlər, smm mütəxəssisləri, məhsul sahibi
Kontent trendlərini izləmək, rəqibləri təhlil etmək və kontent auditi aparmaq
Yazdıqlarını həm marka üslubuna, həm də SEO standartlarına uyğunlaşdırmaq
Biz sənə nə təklif edirik?

İşrafiki: B.e – Cümə, 09:00 – 18:00
Əmək haqqı: 800 – 1000 AZN
Yaradıcı azadlıq və ideyalarını reallaşdırmaq üçün motivasiyalı komanda
Müasir ofis, rahat iş şəraiti
Bacarıqlarını inkişaf etdirmək və portfolionu gücləndirmək üçün layihələr