Kredit meneceri

May 20, 2025
Müraciət sonu: İyun 18, 2025
İndi Müraciət Et

İş Təsviri

MY SHOPS MMC

Vəzifələr və məsuliyyətlər:

Kredit şöbəsinin gündəlik fəaliyyətini təşkil və nəzarət etmək.
Kredit siyasətinin hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək.
Müştərilər üzrə kredit portfelinin idarə olunmasını təmin etmək.
Kredit müraciətlərinin təhlilinə və qiymətləndirilməsinə nəzarət etmək.
Risklərin qiymətləndirilməsi və azaldılması istiqamətində tədbirlər görmək.
Kredit komitəsinin işində iştirak etmək və qərarların hazırlanmasında aktiv rol almaq.
Kredit məhsullarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Kredit şöbəsinin əməkdaşlarının fəaliyyətinə nəzarət və onların peşəkar inkişafına dəstək göstərmək.
Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək.
Qanunvericilikdə və daxili qaydalarda baş verən dəyişikliklər barədə şöbə əməkdaşlarını məlumatlandırmaq.
Tələb edilən bacarıqlar və təhsil:

Maliyyə, bank işi və ya iqtisadiyyat üzrə ali təhsil
Kreditləşmə sahəsində minimum 3-5 illik iş təcrübəsi
Rəhbər və idarəetmə bacarığı
Risklərin idarə olunması və təhlil bacarığı
Mükəmməl analitik düşüncə və qərarvermə qabiliyyəti
Effektiv ünsiyyət və təqdimat bacarıqları
Azərbaycan dilində səlis, rus və/ya ingilis dillərində sərbəst ünsiyyət üstünlükdür
Kompüter bilikləri (MS Office, bank proqram təminatları)
İş şəraiti:

Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.