Kredit mütəxəssisi (Bank Olmayan Kredit Təşkilatı)

İyun 3, 2025
Müraciət sonu: İyul 1, 2025
İndi Müraciət Et

İş Təsviri

Irshad Electronics

Vəzifə və öhdəliklər:

Aktiv satış təbliğatının aparılması və yeni potensial müştərilərin cəlb edilməsi üçün təşəbbüskarlıq göstərmək;
Daxil olan kredit müraciətlərini qəbul edib, analiz etmək;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək;
İdarə olunan portfelə dair hesabatlar və ümumi hesabatlar təqdim etmək.
Tələblər:

Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
Bəy namizəd
Bank və bank olmayan kredit sahəsində kredit mütəxəssisi olaraq, əsasən Avtomobil krediti ürzə iş təcrübəsi;
Analitik düşüncə və hesablama aparma qabiliyyəti;
MS Office proqramlarında iş bacarığı, müqavilələrin tərtib olunması;
Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
Rəhbərliyin tapşırığı ilə digər əməliyyatları yerinə yetirmək.
Bizim təminatımız

İş qrafiki: 5 günlük
Əmək haqqı 600 AZN + Bonus
Ünvan: Bakı şəhəri, Təbriz 6