Laboratoriya Operatoru, Azərbaycan

İyul 10, 2025
Müraciət sonu: Avqust 9, 2025
İndi Müraciət Et

İş Təsviri

Azerbaijan Coca – Cola Bottlers

Biz Təchizat Sistemləri komandamızın bir hissəsi olmaq üçün Laboratoriya operatoru axtarırıq.
İş yeri – İsmayıllı

Vəzifə təlimatları:

Xətti başlatmaq və başlanğıc analizləri prosedura uyğun olaraq vaxtında həyata keçirmək.
Prosedura uyğun istehsalsahələrindən məhsul, su , sirop və qaz nümunələrini götürüb və fabrika laboratoriyalarında analizlərini etmək.
Keyfiyyət planlarının yerinə yetirilməsinə cavabdeh olmaq.
Analizlər haqqında qeydlər aparmaq,qeydləri analiz edib və xəttə müdaxilə etmək.
Xammal giriş kontrolu və analizləri aparmaq.
Təmir və digər əlaqədar servis işlərinin yerinə yetirilməsində texniki qrupun tərkibində iştirak etmək və avadanlıqlarda müvafiq yoxlamalar aparmaq.
Qida təhlükəsizliyi ilə bağlı bütün problemlər barədə cavabdeh şəxslərə məlumat vermək.
Problemləri müəyyən etmək və növbə rəisinə hesabat vermək, uyğunsuzluq vəziyyətini qeyd etmək, düzəldici/önləyici fəaliyyətləri təqib etmək.
Tələblər:

İstehsal sahəsində minimum 1 il iş təcrübəsi
Müvafiq sahə üzrə Bakalavr təhsili
MC Office bilikləri
Komandada işləmə bacarığı
Ünsiyyət bacarığı
Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki biliklər
Steril şəraitdə işləmə bacarığı
Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı
Namizədlər vakansiyanın adını qeyd etməklə CV`ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvana göndərə bilərlər.