İş Təsviri
Bakinity Distribution MMC
Vəzifə öhdəlikləri:
Layihə planları, qrafikləri, büdcələri və hesabatlarının hazırlanmasında iştirak etmək;
Layihə iştirakçıları arasında vaxtında və dəqiq məlumat mübadiləsini təmin etmək;
Layihənin icra vəziyyəti ilə bağlı dövri hesabatlar hazırlamaq və təqdim etmək;
Tapşırıqların icrasını izləmək, potensial risk və problemləri vaxtında müəyyənləşdirmək;
Layihə komandası və sifarişçilərlə görüşləri təşkil etmək və bu görüşlərdə fəal iştirak etmək;
Rəsmi yazışmaları həyata keçirmək və maraqlı tərəflərlə qərarların razılaşdırılmasını təmin etmək;
Layihədə baş verən dəyişiklikləri idarə etmək və bu prosesi layihə rəhbəri ilə birlikdə əlaqələndirmək;
Layihənin keyfiyyət standartlarına və sifarişçinin tələblərinə uyğun icrasına nəzarət etmək;
Layihənin müəyyən olunmuş müddət və büdcə çərçivəsində icrasını təmin etmək;
Podratçılar, təchizatçılar və xarici məsləhətçilərlə effektiv əməkdaşlıq qurmaq;
Müştəri tələblərini toplamaq və təhlil etmək;
Mövcud problemləri vaxtında aşkar etmək və onların effektiv həlli üzrə təkliflər irəli sürmək;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
Müvafiq sahə üzrə ali təhsil;
Layihələrin idarə olunması üzrə minimum 2-3 il iş təcrübəsi;
Layihə idarəetmə metodologiyaları üzrə biliklər ( Agile, Scrum, Waterfall və s.)
Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları;
Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
Azərbaycan, rus və ingilis dillərində səlis danışıq bacarığı;
MS Office və MS Project proqramları ilə işləmə bacarığı;
Yüksək ünsiyyət və komanda mühitində işləmək bacarığı.
Əlavə məlumat:
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü : Tam ştat
İş yeri: “Bakinity Distribution” MMC
Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
Push 30-dan endirim ilə yararlanmaq imkanı;
Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
İT sahəsində peşəkar inkişaf imkanı və s.