İş Təsviri
DO IT MMC
Öhdəliklər:
Layihənin gedişatının monitorinqi və maraqlı tərəflər üçün layihə statusu hesabatlarının yaradılması
Layihənin gedişatını idarə etmək və işi tələb olunan qaydada uyğunlaşdırmaq
Komanda üzvlərinin lazım olan resurslara malik olması üçün resursların planlaşdırılmasına kömək etmək
Maraqlı tərəflərin görüşlərinin planlaşdırılması və layihənin həyat dövrü ərzində layihə rəhbəri ilə maraqlı tərəflər arasında ünsiyyətin asanlaşdırılmasını təmin etmək
Layihə rəhbərin göstərişi ilə layihə planı və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin idarə edilməsi
Tapşırıqların qeyd edilməsi üçün onlayn sistemlərlə işləmək bacarığı
Görülən işlərin uçotunun aparılması və layihə rəhbəri tərəfindən verilən digər tapşırıqlar
Tələblər:
Yaş: 20-30
Təhsil: Ali
İş təcrübəsi: 1-3 il
Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
Ali təhsil, (Layihələrin idarə olunması, menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
Dil bilikləri: rus və Azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır;
Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik.
Əmək şəraiti:
Əmək haqqı: 500-800 AZN, namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək.
Şəhərin mərkəzində ofis: Passage 1901, Nigar Rəfibəyli 12;
İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 – 18:00;
Mehriban və peşəkar kollektiv;
Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
Karyera inkişafı imkanları;
Peşəkar təlimlərdə iştirak.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.